AZ

Ucarda oğul anasını traktorla vurub öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib.
 
Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub.
 
Ağır xəsarət alan A. Abbasova həyatını itirib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
9
15
moderator.az

10Mənbələr