AZ

Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edildi

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov və Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov özəl investorları azad edilmiş ərazilərə investisiya yatırmağa çağırıb.

Aznews.az xəbər verir ki, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib ki, şəhərlər inkişaf etdikcə onların inkişafı üçün tələb olunan vəsait də artır:

“Son 5 ildə azad olunmuş ərazilərdə bərpa və yenidənqurmaya Azərbaycan hökuməti tərəfindən 14 milyard dollara yaxın vəsait xərclənib. Artıq özəl investisiyalar da prosesə cəlb olunur. Özəl sahibkarlar tərəfindən Şuşada 25-30 min vəsait xərclənib. Azad edilmiş ərazilərdə investisiyalar üçün çox gözəl şərait yaradılıb”.

Seçilən
18
3
aznews.az

5Mənbələr