AZ

Azərbaycan və Slovakiya rəqəmsallaşma və şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Slovakiya arasında rəqəmsallaşma, innovasiyalar və şəhərsalma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

"Far.Az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Nazir bildirib ki, Slovakiyanın investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüş keçirib.

"Slovakiya tərəfi ölkəmizlə elektron hökumət, "SİMA imza" və elektron imza sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bununla bağlı ekspertlər səviyyəsində danışıqlara başlanılmasını qərara aldıq", - deyə R. Nəbiyev vurğulayıb.

Nazir qeyd edib ki, həmçinin kosmik sənaye və texnologiyalar sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Seçilən
55
7
far.az

10Mənbələr