AZ

Nazir müavini Rəşad Həsənov və Şahzadə Lamia bint Məcid Al Səud kənd yerlərində rəqəmsal savadlılığı nəzərdən keçirib

Bakı, 19 may, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Alwaleed Philanthropies” təşkilatının Baş katibi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) ərəb dövlətləri üzrə xoşməramlı səfiri Şahzadə Lamia bint Məcid Al Səud ilə görüşüb.

AZƏRTAC nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə rəqəmsal inkişaf və süni intellekt sahələrində mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, aşağı gəlirli ailələr və kənd yerlərində rəqəmsal savadlılığın artırılması, kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal hazırlığının təşviqi, eləcə də innovasiya laboratoriyaları sahəsində birgə fəaliyyətin perspektivləri müzakirə edilib.

Seçilən
36
3
azertag.az

10Mənbələr