AZ

Bakı Tbilisi qatarı qayıdır : Rəsmi açıqlamalar arasındakı ziddiyyətlər nədir?

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Gürcüstan və Azərbaycan arasında yeni sazişlər imzalanıb.

Sənədlərin imzalanma mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilir ki, tərəflər ikitərəfli koordinasiya şurasının protokolunu imzalayıblar.

Razılaşmaya əsasən, yeni Bakı-Tbilisi-Qars dəmir yolu hissəsi tam istifadəyə veriləcək.

Eyni zamanda, altı illik fasilədən sonra Bakı ilə Tbilisi arasında gündəlik sərnişin qatarının hərəkəti 26 may tarixindən etibarən bərpa olunacaq.

Ancaq bu qədər açıq bir məsələ ilə bağlı qaranlıq məqamlar da var.

ADY-dən əvvəlcə mətbuata bildirilib ki, verilmiş tapşırığa əsasən, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən “Gürcüstan Dəmir Yolları” ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır.

Daha sonra isə ADY başqa bir məlumat yayaraq Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpa olunacağını bildirib.

Azərbaycan tərəfinin birmənalı olmayan açıqlamaları bu məsələnin tezliklə baş verə biləcəyini şübhə altına salır.

Qeyd edək ki, Gürcüstan tərəfi bir neçə ay bundan əvvəl belə bir açıqlama verməsinə baxmayaraq, rəsmi Bakı fikrindən daşınmışdı.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
icma.az

1Mənbələr