AZ

“COP29 işığında meşə zonalarında tarlaların yandırılmasının ziyanı haqqında əhalinin məlumatlandırılması” layihəsi qalib elan olunub

“Mühit Ekoloji-Mühafizə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsi çərçivəsində “COP29 işığında meşə zonalarında tarlaların yandırılmasının ziyanı haqqında əhalinin məlumatlandırılması” mövzusunda layihə ilə qalib elan olunub.

2026-cı ilin may ayından etibarən layihənin icrası ilə bağlı hazırlıq işlərinə başlanılıb. Birliyin mütəxəssisləri iyun ayında Masallı və Oğuz, iyul ayında isə Ağsu və Şabran rayonlarında təbiətlə sıx təmasda olan insanlar, ictimai fəallar, fermerlər, müəllimlər, ovçular, bələdiyyə üzvləri və yuxarı sinif şagirdləri arasında məlumatlandırma tədbirləri həyata keçirəcəklər.

Ekoloqlar və hüquqşünaslar tarlaların biçindən sonra yandırılmasının ekoloji və hüquqi fəsadları barədə iştirakçılara ətraflı məlumat verəcəklər. Layihənin uğurla həyata keçirilməsində regionlardakı Yanğın Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya Nazirliyinin əməkdaşları da iştirak edəcəklər. Onlar yanğın təhlükəsizliyi, ətraf mühitə vurulan ziyan, hüquqi məsuliyyət və biçindən sonra tarlaların yandırılmasının məhsuldarlığa mənfi təsiri barədə məlumat təqdim edəcəklər.

Tədbirlər başa çatdıqdan sonra layihə çərçivəsində meşə ilə tarlaların təmasda olduğu ərazilərdə birlik tərəfindən hazırlanmış xəbərdaredici lövhələr quraşdırılacaq. Həmçinin layihənin icrası barədə ictimaiyyət informasiya agentlikləri vasitəsilə mütəmadi olaraq məlumatlandırılacaq.

"Cebheinfo.az"

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr