O bildirib ki, daha sonra Şuşanın Turşsu qəsəbəsi ilə bağlı layihə həyata keçiriləcək: “Artıq həmin qəsəbənin tamamilə yeni layihəsi hazırlanıb. Çünki bu yaşayış məntəqəsi sıfırdan tikiləcək və işlərə də bu il başlanacaq. Ümid edirik ki, gələn il Turşsu qəsəbəsinə də köç başlayacaq. Eyni zamanda, bildiyiniz kimi, Şuşaya yaxın ərazidə Daşaltı kəndi yerləşir. Həmin kənd müasir turizm infrastrukturu ilə tamamilə yeni turizm kəndinə çevriləcək. Layihənin icrasına bu yay başlanacaq. Bu iş özəl investorlar tərəfindən həyata keçiriləcək. Çox möhtəşəm bir kənd yaradılacaq və orada artıq müxtəlif turizm məkanları da formalaşdırılıb”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta