AZ

İlon Mask üçün böyük məğlubiyyət

Amerikalı milyarder İlon Mask “OpenAI”-yə qarşı açdığı məhkəmə iddiasında məğlub olub.

Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, Maskın “OpenAI” rəhbərləri Sem Altman və Qreq Brokmana qarşı “bəşəriyyətə fayda missiyasına xəyanət” iddiası ilə məhkəmə müraciətində onun əlehinə qərar verilib.

Məlumata görə, Kaliforniyanın Oklend şəhərində keçirilən prosesdə münsiflər heyəti Maskın iddialarını rədd edib.

Üç həftə davam edən məhkəmə zamanı İlon Mask, Sem Altman, Qreq Brokman və “Microsoft” rəhbəri Satya Nadella daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər ifadə verib.

Seçilən
5
publika.az

1Mənbələr