BAKI, 19 may. TELEQRAF
Ümumdünya Şəhərsalma Forumu urbanizasiya mövzusunu müzakirə etmək üçün çox gözəl və faydalı bir platformadır.
Bunu Teleqraf-a açıqlamasında Keniyadan "Africa Bureau for Climate Stories" (Afrika İqlim Hekayələri Bürosu) təşkilatının redaktoru Ngige Brian Mothoni WUF13 çərçivəsində təşkil edilən QHT Agentliyinin pavilyonunda deyib.
O bildirib ki, bura inklüziv bir məkandır.
"Bütün dünya buradadır və həm Qlobal Şimaldan, həm də Qlobal Cənubdan olan insanları bir arada görmək mümkündür.
WUF-da insanların bu qədər fəal olması, yeni əlaqələr qurması məni çox sevindirir. Eyni zamanda, burada müxtəlif müzakirələrin aparıldığı pavilyonlar var və onlar hər kəsə açıqdır. Beləcə, mümkün qədər çox məlumat eşidə və yeni şeylər öyrənə bilirsən.
Bakıya gəlincə isə, onu çox sevirəm. Bura artıq ikinci gəlişimdir. Hər dəfə özümü çox yaxşı hiss edirəm. Çünki Azərbaycan xalqı çox qonaqpərvərdir, şəhər isə son dərəcə təmiz və gözəl tikilib", - o vurğulayıb.