AZ

Yasin Mustafayev: “Orta dəhliz Avropa ilə Asiyanın əsas bağlantı xəttinə çevrilir”

Azərbaycanın da daxil olduğu Orta dəhlizin strateji əhəmiyyəti getdikcə artır. Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə Asiyanı birləşdirən bu nəqliyyat marşrutu hazırda beynəlxalq yükdaşımalarında mühüm rol oynayır. Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev QHT.az-a açıqlama verib.

Ekspert bildirib ki, hazırda Gürcüstan üzərindən həm avtomobil, həm də dəmir yolu daşımaları həyata keçirilir və yaxın gələcəkdə Zəngəzur koridorunun tam fəaliyyətə başlaması Orta dəhlizin imkanlarını daha da genişləndirəcək.

“Hazırda demək olar ki, həm Avropa, həm də Asiya bu orta dəhlizə böyük ümid bəsləyir. Azərbaycan bu istiqamətdə artıq həlledici rol oynayır”, – deyə ekspert vurğulayıb.

Y.Mustafayev qeyd edib ki, Azərbaycan və Gürcüstan rəhbərliyi arasında keçirilən görüşlər, eləcə də əldə olunan razılaşmalar tranzit daşımalarının inkişafına və yükdaşımalar üçün daha optimal şəraitin yaradılmasına xidmət edir. Onun sözlərinə görə, bu əməkdaşlıq hər iki ölkəyə tranzit gəlirlərini artırmaqla yanaşı, Avropa ilə Asiya arasında yük axınının güclənməsinə də mühüm töhfə verəcək.

Zəhra Ağayeva

Seçilən
83
qht.az

1Mənbələr