AZ

Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır



Şuşada nəqliyyat infrastrukturu təmin edilib. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda ümumi uzunluğu 12,7 km (iki istiqamət üzrə) olan 7 avtomobil tunelinin tikintisi həyata keçirilib. Qarabağ küçəsindən Çuxur məhəlləsi istiqamətində (“Torpaq Meydanı”na doğru) yol tikintisi aparılıb və yeraltı kommunal xətlər çəkilib. Həmçinin yeraltı rabitə şəbəkələri quraşdırılıb.

Bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O qeyd edib ki, Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi nəticəsində Şuşa şəhərinə olan məsafə azaldılıb. Həmçinin Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır.

ZÜMRÜD

Seçilən
10
17
baki-xeber.com

10Mənbələr