AZ

Mədəni irsin qorunduğu məkan: Bakıda müasirlik və qədimlik bir arada

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda öz işinə başlayan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirib.

Hazırda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçirilən WUF13 tədbirinin əsas yeniliklərindən biri isə WUF tarixində ilk dəfə Liderlər Sammitinin proqramda yer alması olub.

Bu yeniliyin forumun beynəlxalq siyasi və strateji əhəmiyyətini daha da artırdığı qeyd olunur. Sessiyanın ikinci günü Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bu forumun Azərbaycanda  COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbir olduğunu bildirib.

Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlət başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib.

Ölkə başçısı Azərbaycanın qədim məkanları barədə danışıb:

“Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır. Qəbələ, Şəki paytaxt olub və Qafqaz Albaniyasının mərkəzlərindən olublar. Bir çox tarixi abidələr var. Şəkinin Kiş kəndində olan kilsə bəlkə də dünyanın ən qədim kilsələrindən biridir.

Bizim ulu babalarımızın istedadı, həmçinin məhz Lahıc qəsəbəsində görünür. Kəndin yarandığı əsrdə məhz kanalizasiya sistemi qurulmuşdu və o, bu günə qədər işləyir. Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq".

Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"-a bildirib ki, bu gün Azərbaycan dünyanın mədəniyyət mərkəzlərindən biri hesab olunur:

"Dünyanın inkişaf edən ölkələrindən biri kimi qiymətləndirilir. İqtisadi cəhətdən inkişaf, beynəlxalq aləmdə qazanılan nüfuz, ölkə rəhbərinin sülhməramlı siyasəti Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi də məhz Azərbaycana göstərilən böyük etimadın bir ifadəsidir.

Çünki dövlətimiz bu gün ictimai-siyasi sabitliyə, inkişafa, beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə, sülhün, əmin-amanlığın tərəfdarı kimi çox böyük nüfuza malikdir. Bu da bir çox mötəbər tədbirlərin Bakıda keçirilməsinə imkan yaradıb. Forumda çıxışında da cənab Prezident İlham Əliyev qazanılan uğurlara geniş ekskursiya edib və Azərbaycanın qədim yaşayış məskənlərindən biri olduğunu bildirib. 

Dövlət başçısı son illərdə ölkədə gedən iqtisadi inkişafdan, şəhərsalmanın uğurlarından, yeni yaşayış məskənlərindən, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə salınan yaşayış məskənlərindən ətraflı danışıb, Azərbaycanın tarixi abidələrini diqqətə çatdırıb və bunun unikal sənəd memarlıq inciləri olduğunu bir daha göstərib.

Bu gün bir faktdır ki, paytaxtda həyata keçirilən layihələr ölkəmizə gələn xarici qonaqlar tərəfindən də yüksək qiymətləndirilir. Son illər paytaxtda bir çox parklar salınıb, yeni binalar inşa olunub. Bununla yanaşı Bakının öz qədim əraziləri simasını saxlayır. 

Təsadüfi deyil ki, ölkə başçısı  çıxışında bildirib ki, "Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq".

O həm də Azərbaycanın son illərdə düşdüyü çətinliklərdən, xüsusilə işğal altında olan şəhər və kəndlərimizin vəziyyətindən ətraflı danışaraq, həmin yaşayış məskənlərinin erməni işğalçıları tərəfindən viran edildiyini bildirib və bu gün həmin ərazilərdə möhtəşəm tikinti abadlıq-quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

Cənab Prezident qeyd edib ki, "Biz əməkdaşlığı artırmaqla dünyada sülhün,əmin-amanlığın  yaradılmasına, şəhərsalmanın genişləndirilməsinə, tarixi abidələri qorumaqla imkanlar aça bilərik". Ölkə başçısının bu çıxışı yüksək alqışlarla qarşılanıb və bir çox ölkələrin nümayəndələrinin çıxışlarında Azərbaycanda gedən inkişafa böyük önəm verilib.

Bu forum bir daha göstərdi ki, Azərbaycan ən mötəbər tədbirlərə qatılmağa, təşkilatçılıq göstərməyə qadirdir və göstərilən səylər bilavasitə dövlətlərin və xalqların gələcək xoşbəxtliyinə xidmət edir".

Nigar Abdullayeva

"Cebheinfo.az"

Açar sözlər:

WUF13 Tahir Rzayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr