AZ

Qabon təmsilçisi: Müstəmləkəçilik dövründən miras qalan ərazilərdə ziddiyyətli şəhər reallığı müşahidə olunur

Müstəmləkəçilik dövründən miras qalmış, çox vaxt daha yaxşı strukturlaşdırılmış məhəllələr vacib infrastrukturdan məhrum olan digər kənar zonalarla yanaşı mövcuddur.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən WUF13 çərçivəsində keçirilən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” tədbirində "Jean Monnet de Saint-Etienne“ universitetinin doktorantı Moukala Nguimbi Franck Gordan deyib.

O bildirib ki, vətəni olan Qabonda, eləcə də bir çox digər Afrika dövlətlərində ziddiyyətli bir şəhər reallığı müşahidə olunur: “Bu kənar ərazilərdə böyüyən biri kimi uşaqlığımdan bəri şahidi olduğum real bərabərsizliklərdən bəhs edərək deyirəm, tarixi baxımdan imtiyazlı və daha yaxşı təmin olunmuş zonalardan fərqli olaraq, burada suya və ya elektrik enerjisinə çıxış olduqca çətindir”.

Doktorant, həmçinin qeyd edib ki, hər bir dövlətin öz reallıqları, resursları və çətinlikləri var. Məhz bu səbəbdən də hamı üçün vahid bir həll yolu yoxdur: "Lakin ortaq bir inam mövcuddur ki, mənzilə, suya və elektrik enerjisinə çıxış imtiyaz deyil, fundamental hüquqlardır.

Seçilən
24
apa.az

1Mənbələr