ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Moskvanın şimal hissəsində qəribə yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, yol ötürücüsünün altında yerləşən inşaat materialları anbarında başlayan yanğın tikiliyə ziddi zərər vurub. Yüksək temperaturun təsiri nəticəsində körpünün aşırımlarından biri ciddi şəkildə əyilib. Ərazidə nəqliyyatın hərəkəti qadağan edilib.
Şəhər administrasiyasının hadisəni Ukraynanın dron hücumu ilə əlaqələndirmək cəhdi səmərəsiz olub. Hadisə şahidləri anbarın uzun illərdir qanunsuz fəaliyyət göstərdiyini bildiriblər. Rusiya qanunvericiliyi körpü və yol ötürücülərinin altından hər hansı təyinatla istifadəni qadağan edir.
Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.