Azərbaycanın bu klubunda BÖHRAN YAŞANIR
"Kəpəz" futbol klubunda maliyyə çətinlikləri yaşanır.
aia.az Sport24.az-a istinadən xəbər verir ki, futbolçular maaş ödənişləri ilə bağlı problemlə üz-üzə qalıblar.
Hətta məvaciblərin gecikməsi səbəbindən narazılığını klub rəhbərliyinə bildirən oyunçuların olduğu da deyilir.
Bununla yanaşı, Gəncə təmsilçisində vəd olunan mükafat da hələlik verilməyib.
Qeyd edək ki, komanda 31-ci turda səfərdə "Sabah" üzərində 1:0 hesablı qələbə qazanaraq elitada qalmağı rəsmiləşdirmişdi. Həmin görüşdən sonra rəhbərlik tərəfindən futbolçulara mükafat veriləcəyi bildirilmişdi.
aia.az