AZ

DSMF-nin fəaliyyət istiqamətləri üzrə 67 minə yaxın elektron arayış alınıb

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 66 min 634 elektron arayış alınıb.

Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.

Həmin arayışların 29 min 283-ü pensiya, 18 min 561-i müavinət və təqaüd, 11 min 788-i fərdi şəxsi hesab, 2843-ü ünvanlı dövlət sosial yardımı, 668-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 709-u sağlamlıq imkanları məhdud olan uşaqlar, 2782-si əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Seçilən
0
8
azerbaijan-news.az

9Mənbələr