AZ

WUF13 dən enerji diplomatiyasına... Prezidentin “Euronews”a müsahibəsindən STRATEJİ MESAJLAR

ain.az bildirir, Bizim media portalına istinadən.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibə verib. Dövlətimizin başçısı dünyanın aparıcı media platformalarından biri hesab olunan “Euronews” kanalı vasitəsilə bir sıra mühüm mesajlar verib.Prezidentin mesajları təkcə regional deyil, həm də Avropa ictimaiyyətinə ünvanlanmış strateji çağırış xarakteri daşıyır.Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edirPrezident İlham Əliyev müsahibədə bir neçə vacib məqama toxunub. İlk öncə Beynəlxalq aləmin Azərbaycana artan marağından danışıb.Və bu marağın bariz nümunəsi kimi Azərbaycanın WUF13-ə uğurla ev sahibliyi etməsini və 182 ölkədən 40 mindən çox iştirakçının gəlməsini göstərib:“Bu Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir.Təbii ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir”.Avropa ilə enerji tərəfdaşlığıÖlkə başçısı Azərbaycanın xoşməramlı niyyəti və təşəbbüsləri ilə bağlı kanala ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan beynəlxalq aləm üçün sülhə və rifaha açılan bir qapıdır. Azərbaycan bütün dövlətlərlə iqtisadi münasibətlərin dərinləşməsində və bərabərsəviyyəli danışıqların aparılmasında maraqlıdır.

 

“2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır”.

Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin bir parçası olmaqla yanaşı yeniliklərin carçısı kimi Qərb üçün maraqlı bir dövlət olduğunu vurğulayıb.Dünya üçün nümunəyə çevrilən Azərbaycanın yenidənqurma modeliMəlumdur ki, bu gün beynəlxalq aləmi narahat edən əsas məsələlərdən biri ekoloji tarazlığı bərpa eləmək və innovativ metodlarla ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Məhz bu məsələdə Azərbaycan həm Avropa, həm də bütün dünya üçün örnək olan innovasiyalardan istifadə edir. Bunlardan biri “ağıllı şəhər”, digəri isə yaşıl enerji layihələridir.Azərbaycan lideri bildirib ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq:“Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər”.“Yaşıl enerji” perspektivləri Ölkəmizin başçısı müsahibəsində maraqlı bir məqama da toxunub. Belə ki, işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi ənənəvi formalarla yox, alternativ yollarla əldə edilir.Belə ki, bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib.

 

Bu isə bütövlüklə Şərqi Zəngəzurun və Qarabağın “yaşıl zona”ya çevrilməsinə təminat yaradır. Yəni işğaldan azad edilmiş ərazilərdə enerji təminatında ətraf mühitə azacıq da olsa, mənfi təsir edəcək həll yollarından istifadə edilmir. Bu da karbon emissiyasının azaldılmasında inqilabi addımdır. Eyni zamanda, təbiətə antropegen təsirləri 0-a endirmək deməkdir.

Bu isə bütün dünya ölkələri üçün ən innovativ nümunədir. Dünyada baş verən hərbi münaqişələr, infilyasiya fonunda Azərbaycanın uğurlu inkişaf yolu hər kəs üçün maraqlıdır. Təsadüfi deyil ki, “Euronews” televiziyasının əməkdaşı da bu məsələyə toxunub.Hörmüz böhranı fonunda Azərbaycanın strateji siyasətiMüxbirin “Hörmüz böhranı regional və qlobal iqtisadiyyata təsir göstərir. Azərbaycan bu vəziyyətə necə yanaşır və bunun öhdəsindən necə gəlir?” sualına cavab olaraq Azərbayan Prezidenti bildirib ki təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir:“Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq”.Bununla paralel, Dövlətimizin başçısı Yaxın Şərq böhranına bəzi ölkələrin yanlış yanaşmasına da toxunub. O, bildirib ki, bəziləri yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bilər:“Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir”.Azərbaycan Prezidenti müsahibəsində xüsusilə vurğulayıb ki, biz daim diplomatiyanın tərəfdarıyıq:“Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın”.Təbii ki, Azərbaycanın bu təcrübəsi hər kəs üçün faydalı ola bilər. Çünki Azərbaycan heç zaman güc göstəricisinin tərəfini saxlamayıb. Azərbaycan birgə və bərabərsəviyyəli əməkdaşlığın tərəfdarı olub. Məhz bunun nəticəsində təkcə ölkəmizdə deyil, regionda rifaha və davamlı sülhə əsaslı sülhə təminat yaradılıb. Azərbaycanın mövqeyi regional gücdən daha çox regional sabitliyə vasitəçi olmaqdır. Çünki hər bir inkişafın dayanıqlığı ölkənin yerləşdiyi regionun sabitliyindən keçir.Bir sözlə Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsində səsləndirdiyi fikirlər nəinki region ölkələri, eyni zamanda dünya üçün yol xəritəsi kimi də qiymətləndirilə bilər. Çünki Dövlətimizin başçısı regional və qlobal risklər fonunda Azərbaycanın iqtisadi, siyasi sabitliyini qorumaq, gələcək inkişaf üçün atılan addımları diqqətə çatdırıb. Bu isə bütün dünya üçün örnək ola biləcək nümunədir...Anar Tahirov, Bizim.Media-nın Baş redaktoru

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
bizim.media

2Mənbələr