Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakının Xəzər rayonunda ər arvadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qala qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Muxtar qaynanası Nüşabəyə məxsus olan Qala qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz evin həyətində həyat yoldaşı Fəridə (adlar şərtidir – red.) ilə mübahisə edib.Aralarında baş vermiş mübahisə zəminində o, yumruq, təpiklə Fəridənin bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə ifadə verən Muxtar törətdiyi əməli etiraf edib. O bildirib ki, Fəridə onun həyat yoldaşıdır, birgə nigahdan 2 azyaşlı övladları var:“Fəridə xəstə olduğu üçün valideyinlərinin yaşadığı evə getdi. Məlum hadisə günü, saat 14 radələrində Fəridəyə zəng vuraraq onu yaşadığımız evə aparmaq istədiyimi bildirdim. Bu vaxt o, evə gəlməyəcəyini bildirdi, ünvanıma nalayiq söyüşlər söyərək təhqir etdi. Mən də əsəbləşərək həmin gün saat 16 radələrində qaynanamın evə getdim. Evin həyətində Fəridə ilə aramızda baş vermiş mübahisə zəminində təpiklə onun əl və ayaq nahiyələrindən bir neçə dəfə vurdum. Həmin vaxt qaynanam bizi ayırdı. Mən oradan getdim”.Təqsirləndirilən şəxs əlavə olaraq törətdiyi əməldən səmimi peşman olmasını, şikayət vermiş şəxs ilə barışdığını bildirib. O, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edib. Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.