AZ

Jeffrey Sachs: “Şəhərlərin gələcəyi üçün qlobal əməkdaşlıq gücləndirilməlidir”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Biz bu təşəbbüsə dünyanın müxtəlif ölkələrindən siyasətçilər, şəhərsalma mütəxəssisləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə aktiv töhfə verməyi ümid edirik”.

Bizimyol.info xəbər verir ki, bunu Jeffrey Sachs Bakıda keçirilən World Urban Forum 13 (WUF13) çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, tərəfdaşlığın yaradılması dayanıqlı şəhər inkişafı və innovativ maliyyələşmə mexanizmlərinin gücləndirilməsi baxımından mühüm addımdır. Sachs qeyd edib ki, təşəbbüsün formalaşmasında bir sıra tanınmış urbanistlər və beynəlxalq ekspertlər iştirak edir.

İqtisadçı xüsusilə şəhərlərin maliyyələşdirilməsi istiqamətində innovativ təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Leyla Mirzə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
bizimyol.info

1Mənbələr