AZ

İvan Şunkov: “Gələcəyin şəhərləri hər kəsin iştirakı ilə qurulacaq”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Gələcəyin şəhərləri hər kəsin fəaliyyətə keçməsini tələb edir və bu təşəbbüs hər kəs üçün iştirak imkanı yaradır”.

Bizimyol.info xəbər verir ki, bunu İvan Şunkov Bakıda keçirilən World Urban Forum 13 (WUF13) çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, “Future of Cities” təşəbbüsü yaxın illərdə təqdim olunacaq ən mühüm sənədlərdən biri olacaq. Layihə çərçivəsində yüksək səviyyəli qlobal dialoqların təşkili, ekspert görüşləri, fəaliyyət planları və detallı hesabatların hazırlanması nəzərdə tutulur.

İvan Şunkov qeyd edib ki, təşəbbüs eyni zamanda UN-Habitat tərəfdaşlarına strateji məsləhət dəstəyi göstərəcək və əldə olunan biliklərin qlobal şəkildə yayılmasına xidmət edəcək.

Ekspert dünyanın müxtəlif şəhərlərini, qurumlarını və tərəfdaşlarını təşəbbüsə qoşulmağa çağıraraq bildirib ki, bu əməkdaşlıq gələcəyin dayanıqlı şəhərlərinin formalaşdırılması baxımından mühüm rol oynayacaq.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
bizimyol.info

1Mənbələr