AZ

UN Habitatın əməkdaşı: Ölkələr milli mənzil siyasətini müxtəlif yollarla həyata keçirirlər

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Biz ölkələrdə milli mənzil siyasətini araşdırırıq”.

APA xəbər verir ki, bunu UN-Habitatın əməkdaşı Matteys van Oostrum WUF13 çərçivəsində keçirilən “Siyasətdən təsirə: Miqyaslı Mənzil Çatdırılması” adlı sessiyada deyib.

O bildirib ki, ölkələr milli mənzil siyasətini müxtəlif yollarla həyata keçirirlər:

“Avropa ölkələrində mənzilə yanaşma daha çox dövlət mənzili çərçivəsində formalaşır. Ölkələrin mənzil siyasətinə daha geniş və inteqrasiya olunmuş yanaşma tətbiq etməsi vacibdir. Mənzil siyasətinə yanaşmalarda ölkələr arasında fərqlər artır”.

O qeyd edib ki, Afrika ölkələri ciddi mənzil problemləri ilə üzləşir:

“Bu problemlərin gələcəkdə daha da artacağı gözlənilir. Buna görə də bu regionlardakı ölkələrin ən azından inteqrasiya olunmuş yanaşma ilə milli mənzil siyasətləri hazırlamağa başlaması çox vacibdir. Bəzi ölkələrdə təkcə milli mənzil siyasəti deyil, həm də ayrıca milli mənzil qanunları mövcuddur. Bəzi hallarda bu qanunvericilik bazası kifayət qədər əhatəlidir və mənzil idarəçiliyi üçün güclü institusional əsas rolunu oynayır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
apa.az

3Mənbələr