AZ

Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı YENİ AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Bakı sərniçşin qatarlarının fəaliyyətinin bərpası ilə bağlı yeni açıqlama yayıb.

“Yeni Sabah”ın xəbərinə görə, qurumdan bildirilib ki, hazırda Bakı-Tbilisi-Bakı qatarının bərpası üzrə texniki və təşkilati məsələlərlə bağlı işlər aparılır.

Qeyd olunub ki, bilet satışı ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək. Dördpendirli pizza

Xatırladaq ki, mayın 26-da Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. Bu qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-lə əlaqədar Bakıya rəsmi səfəri çərçivəsində, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüşlərdə imzalanan ikitərəfli sazişlər əsasında rəsmiləşib.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
24
1
yenisabah.az

2Mənbələr