AZ

Azərbaycanın xarici aləmlə quru əlaqələrinin bərpası istiqamətində digər addımlar atılacaq - Deputat

Azərbaycan və Gürcüstan liderlərinin iştirakı ilə Bakıda keçirilən görüşdə iki ölkə arasında iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə dair mühüm sazişlər imzalanıb. Tərəflər tranzit, enerji təchizatı və regional bağlantının gücləndirilməsi istiqamətində razılığa gəlib, həmçinin 26 maydan Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının bərpası qərarı qəbul olunub.

Qatarın bərpası ilə bağlı Redakor.az-a danışan deputat Elman Nəsirov bildirdi ki, Azərbaycanın xarici ölkələrə çıxışını təmin edən quru yolların bağlanması əvvəlcə pandemiya, daha sonra isə əsasən təhlükəsizlik məsələləri ilə bağlı idi:

"Regionda baş verən siyasi və hərbi kataklizmlər bu qərarın nə qədər düzgün olduğunu bir daha təsdiqlədi. Yeni reallıqlar yaranıb və bu reallıqlar fonunda artıq mayın 26-dan başlayaraq Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpa ediləcəyi bildirildi. Bu, çox müsbət addımdır. Heç şübhəsiz ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji səviyyə daşıyır və fundamental məsələlərdə mövqelər üst-üstə düşür. Eyni zamanda yükdaşımalar və logistika sahəsində də tərəflər eyni mövqedən çıxış edir. Bu addım nəticə etibarilə iki dövlət arasında ticarət-iqtisadi əlaqələrin sürətlənməsinə xidmət edəcək. Eyni zamanda turizmin inkişafı baxımından da əhəmiyyətlidir. Bu, ilk addım kimi qiymətləndirilə bilər və istisna deyil ki, bundan sonra Azərbaycanın xarici aləmlə quru əlaqələrinin bərpası istiqamətində digər addımlar da atılsın. Bu, sadəcə başlanğıcdır və gələcəkdə digər istiqamətlər üzrə də analoji addımların atılması mümkündür".

NURİYYƏ

Seçilən
75
2
redaktor.az

3Mənbələr