

Müəllif
İlhamə Vəliqızı
ABŞ-nin Kolorado ştatında hantavirusdan ölüm hadisəsi baş verib.Ulusum az-ın məlumatına görə, bu barədə Kolorado İctimai Səhiyyə və Ətraf Mühit Departamenti məlumat yayıb. Həmin şəxsin Atlantik okeanında kruiz gəmisində baş verən son epidemiya ilə heç bir əlaqəsinin olmadığı bildirilir.Bəyanatda deyilir ki, Koloradoda ölümə səbəb olan hantavirus növü ilin bu vaxtında müntəzəm olaraq baş verir və rəsmilər yoluxma mənbəyini araşdırırlar. Hantavirus əsasən gəmiricilər tərəfindən yayılır, lakin nadir hallarda və uzunmüddətli yaxın təmasdan sonra insanlar arasında ötürülə bilər. İnkubasiya təxminən altı həftə davam edir.
Diqqət Çəkənlər
Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib
Anar Quliyev: Azərbaycan üçün WUF13-ün təşkili böyük şərəf və məsuliyyətdir