AZ

XİN başçısı: Minatəmizləmə Azərbaycan üçün prioritet olaraq qalır

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

Minatəmizləmə Azərbaycan üçün prioritet olaraq qalır.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, Azərbaycan öz öhdəliklərini anlayır və azad olunmuş ərazilərin bərpası, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində işlər aparır:

“Lakin mina problemi kənd təsərrüfatının və iqtisadi inkişafın qarşısında ciddi maneə olaraq qalır. Mina təhlükəsi yalnız mülki əhali üçün deyil, həm də minatəmizləmə fəaliyyəti ilə məşğul olanlar üçün böyük risk yaradır. Bu səbəbdən minatəmizləmə Azərbaycan üçün əsas prioritetlərdən biri olaraq qalır”, - Ceyhun Bayramov deyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
icma.az

2Mənbələr