Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Mənzil sahəsində qəbul etdiyimiz qərarlar torpaq istifadəsinə, nəqliyyat sistemlərinə, enerji tələbatına və emissiyalara birbaşa təsir edir. Buna görə mənzilə kənar məsələ kimi deyil, əsas prioritet kimi baxmaq vacibdir.
APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regional Proqramlar Bölməsinin direktoru Patrik Kanaqasinqham WUF13 çərçivəsində keçirilən “Qlobal koalisiyaların mərkəzində mənzil təminatı” adlı xüsusi sessiyadakı çıxışında deyib.
“Beynəlxalq səviyyədə də mühüm dəyişiklik müşahidə olunur. Mənzil yenidən çoxtərəfli əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilir. WUF13 çərçivəsində hökumətlər mənzilin əlçatanlığı, qeyri-formal yaşayış, evsizlik, mənzil maliyyəsi, əlçatanlıq, yenidənqurma və dayanıqlı şəhər inkişafı sahələrində təcrübə mübadiləsi aparırlar.
Eyni zamanda mənzil məsələsi getdikcə daha çox ölkələrin milli iqlim planlarında və öhdəliklərində əks olunur.
Bundan əlavə, “Adekvat Mənzil üzrə Açıq Tərkibli Hökumətlərarası Ekspert İşçi Qrupu” vasitəsilə üzv dövlətlər mənzil məsələlərinə həsr olunmuş ilk həqiqətən qlobal və qitələrarası dialoqu inkişaf etdirirlər.
Bu, olduqca mühüm və vacib addımdır. Lakin bütün bu siqnallar artıq daha güclü kollektiv fəaliyyətə çevrilməlidir”,- BMT rəsmisi bildirib.
O vurğulayıb ki, mənzil qlobal koalisiyaların mərkəzində dayanmalıdır: “Bu məsələ ikinci dərəcəli və ya sonradan həll ediləcək problem deyil. Mənzil iqlim müzakirələrinin kənarında deyil, onların vacib hissəsidir. O, infrastruktur planlaşdırılmasından sonra gələn məsələ deyil, planlaşdırmanın əsas elementidir. Eyni zamanda iqtisadi siyasətin də ayrılmaz hissəsidir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.