AZ

Dünya alimləri Qızıl Orda irsini müzakirə edirlər

ain.az, Bizimyol saytına istinadən bildirir.

Qazaxıstanın paytaxtı Astanada 18–21 may 2026-cı il tarixlərində “Qızıl Orda” (Altın Orda) mövzusuna həsr olunmuş beynəlxalq simpozium işə başlayıb.

Bizimyol.info xəbər verir ki, tədbirdə Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev iştirak edir.

YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou Assamo konfransda çıxış edərək Qızıl Orda irsinin yalnız regional deyil, qlobal əhəmiyyət daşıdığını vurğulayıb: "Bu tarixi dövlətin irsi mədəniyyətlərarası dialoq və sivilizasiyalararası əlaqələrin öyrənilməsi baxımından mühüm rol oynayır". UNESCO rəsmisi həmçinin qeyd edib ki, təşkilat bu kimi irsin qorunması, tədqiqi və beynəlxalq səviyyədə təşviqini dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, simpoziumda 20-dən çox ölkədən 300-dən artıq alim, tarixçi və tədqiqatçı iştirak edir.

Tədbir çərçivəsində Qızıl Ordanın tarixi, arxeologiyası, mədəniyyəti və kimliyi ilə bağlı müxtəlif panel müzakirələri keçirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
bizimyol.info

1Mənbələr