ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi dövlətin sosial, iqtisadi və humanitar siyasətinin gücünü göstərir ki, bu sahədə uğurlar əldə edilib.
Bunu xalqcebhesi.az-a Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Fuad Əliyev deyib.
O, qeyd edib ki, bu gün ölkənin bütün şəhərlərində inkişaf var. Xüsusilə. Qarabağ və Şərqi Zəngəzurda.
Onun fikrincə, rəsmi Bakının işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması şəhərsalmada unikal nümunə nümayiş etdirir.
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib ki, son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları investisiya yatırılıb. 2028-ci ilə qədər bu məbləğin 18 milyard dollara çatacağı gözlənilir. Bu ölkəmizin iqtisadi gücü və şəhərsalma siyasətinin uğurlu göstəricisidir. Bölgə yenidən qurulur, abadlaşır, ermənilərin daöıtdlqkarı kəndlər, şəhərlər bərpa olunur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin timsalında həm də dünya şəhərsalma təcrübəsinin Azərbaycan modeli yaradılır".
Cavid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.