“Forum çərçivəsində müxtəlif ölkələrin rəsmiləri öz şəhərsalma sahəsində əldə etdikləri təcrübələri, qarşılaşdıqları çağırışları və tətbiq etdikləri həll modellərini bölüşürlər. Bu müzakirələr göstərir ki, şəhər inkişafı artıq tək bir ölkənin daxili siyasəti deyil, qlobal əməkdaşlıq və bilik mübadiləsi tələb edən strateji sahəyə çevrilib”.
SİA xəbər verir ki, xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, bu kontekstdə Azərbaycan da öz təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməyə hazır olduğunu bildirir:
”Qeyd olunur ki, ölkə şəhərsalma, bərpa və dayanıqlı inkişaf sahəsində əldə etdiyi nəticələri təqdim etməklə yanaşı, digər ölkələrlə fikir mübadiləsinə də açıqdır. Məqsəd müasir urbanizasiya çağırışlarına daha effektiv və innovativ yanaşmalar formalaşdırmaqdır.
Bildirilib ki, şəhərsalma sahəsində aparılan müzakirələr yalnız nəzəri fikir mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda praktik həllərin formalaşmasına da töhfə verir. Bu baxımdan Azərbaycan, xüsusilə postmünaqişə bərpa prosesləri, infrastrukturun yenidən qurulması və dayanıqlı şəhər modellərinin tətbiqi istiqamətində əldə etdiyi təcrübələri paylaşmaq niyyətindədir”.