Mayın 22-də saat 10:00-dan etibarən Yevlax rayonunun Tanrıqulular, Boşçalı və Hürüşağı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır və işlər yekunlaşanadək davam edəcək.
Tarix: 19 May 2026, 14:12