AZ

İtkin qadının aqibəti ortaya çıxdı - Öldürərək çay yatağına basdırıb

Türkiyənin Konya vilayətində ötən ildən itkin düşən Muazzez Bayhanın qətlə yetirildiyi ortaya çıxıb. Aparılan istintaq nəticəsində qadının müvəqqəti azadlığa buraxılmış keçmiş əri tərəfindən başından güllələnərək öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən ilin 27 iyun tarixində Cihanbəyli rayonunda baş verib.

43 yaşlı Muazzez Bayhan keçmiş əri Münür Turhan tərəfindən evindən aparıldıqdan sonra bir daha geri qayıtmayıb. Qadınla əlaqə saxlaya bilməyən yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildiriblər.

Muazzez

Məlumata görə, hadisə zamanı Münür Turhan həbsxanadan müvəqqəti məzuniyyətə buraxılmış vəziyyətdə olub. O, ilkin ifadəsində keçmiş həyat yoldaşının yoxa çıxması barədə heç bir məlumatının olmadığını desə də, daha sonra yenidən həbsxanaya göndərilib.

Hadisə ilə bağlı yaradılan xüsusi istintaq qrupu təhlükəsizlik kameralarının görüntülərini, telefon siqnallarını və digər dəlilləri araşdırıb. Uzunmüddətli axtarışlardan sonra 2025-ci il sentyabrın 16-da İnsuyu məhəlləsi yaxınlığındakı çay yatağında torpağa basdırılmış insan kəlləsi və sümük parçaları aşkarlanıb.

Ekspertiza üçün ailədən götürülən DNT nümunələri İstanbul Məhkəmə Tibb İnstitutuna göndərilib və nəticədə tapılan qalıqların Muazzez Bayhana məxsus olduğu təsdiqlənib.

İstintaq zamanı müəyyən olunub ki, Münür Turhan sərxoş vəziyyətdə keçmiş həyat yoldaşı ilə qısqanclıq zəminində mübahisə edib. Daha sonra qadını Əlibəy Yaylasına apararaq başından atəş açıb öldürüb. Cəsədi avtomobillə başqa əraziyə daşıyan Turhanın onu çay yatağında basdırdığı müəyyən edilib.

Araşdırma zamanı həmçinin qətldən sonra satılan qızıl boyunbağının da Muazzez Bayhana aid olduğu üzə çıxıb.

40-dan çox cinayət qeydinin olduğu və barəsində 22 illik həbs cəzası qüvvədə olan Münür Turhan barəsində “qəsdən adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb. Hazırda həbsdə olan Turhanın məhkəmə prosesi üçün Konyaya gətiriləcəyi bildirilib.

Musavat.com

Münür

Seçilən
54
musavat.com

1Mənbələr