AZ

Şəmkir rayonunda Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib

Şəmkir rayonunda 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbir çərçivəsində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan istedadlı uşaqların “Şəhərsalma və Memarlıq İli” mövzusunda hazırladıqları rəsm əsərləri nümayiş etdirilib.

Eyni zamanda, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən qədim tariximizi və milli-mədəni irsimizi əks etdirən sərgi təşkil olunub.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov,  mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin bədii hissəsində Şəmkir Rayon Mədəniyyət Mərkəzinin musiqi və rəqs kollektivləri, müğənni-solistləri, eləcə də Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin müəllimləri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Sonda Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən rəsm müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Seçilən
14
2
yeniazerbaycan.com

3Mənbələr