Hazırda Bakı-Tbilisi-Bakı qatarının bərpası üzrə texniki və təşkilati məsələlərlə bağlı işlər aparılır. Bilet satışı ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (AYD) xəbər verir.
Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.