AZ

Hikmət Hacıyev: Azərbaycan WUF üçün ən uyğun məkanlardan biridir

Azərbaycan Ümumdünya Şəhərsalma Forumu (WUF) üçün ən uyğun məkanlardan biridir.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, forumda müxtəlif ölkələrin rəsmiləri təcrübələrini bölüşür:

"Azərbaycan beynəlxalq təcrübədən öyrənməyə və eyni zamanda öz təcrübə və çağırışlarını dünya ictimaiyyəti ilə bölüşməyə hazırdır. Bu baxımdan, ölkəmiz postmünaqişə bərpa proseslərində nümunəvi modellərdən biri ola biləcəyini də düşünür".

Seçilən
10
5
musavat.com

10Mənbələr