AZ

Bakı urbanizasiya mövzusunda ciddi nümunə hesab edilir - Hikmər Hacıyev

"Cənab Prezidentin xüsusilə vurğuladığı kimi, xalqımızın zəngin şəhərsalma mədəniyyəti var." 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, paytaxt Bakı urbanizasiya mövzusunda ciddi nümunə hesab edilir:

"Bizim şəhərsalma mövzusunda unikal təcrübəmiz var. Milli, maddi və inzibati resurslarımız çoxdur. 9 şəhəri öz hesabına qurub-tikə bilən ikinci ölkə yoxdur".

Prezidentin köməkçisi vurğulayıb ki, Qarabağda yenidənqurma tədbirləri sürətlə davam etdirilir.

Əli Hüseynov

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr