Bakı, 19 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sabah respublika üzrə may ayının pensiyalarının tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə , həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.