Qeyd olunan yemək setinin zorla deyil, seçimlə olması, yalnız turistlərə təqdim edilməsi təklifini isə ADY rəhbərliyi indiyədək yaxın buraxmayıb. ADY-nin son illərdə dəmir yolu infrastrukturunun bərpası istiqamətində atdığı addımlar nə qədər təqdirəlayiq olsa da, təklif etdiyi qiymət siyasəti heç bir halda ağlabatan olmayıb.
Qatarla sərnişindaşıma gündəlik istifadə olunan ictimai bir minik növüdür. Onu "komfort", elit bir formaya salmaqla zorla yemək seti verib süni qiymət artımı yaratmaq doğru bir hal deyil. İctimai nəqliyyat üçün bu tip yanaşma qüsurludur. Bakı - Tbilisi qatarının qiymətlərin necə olacağını hələlik ADY açıqlamayıb. Ümid edirəm Bakı - Balakən qatarında tətbiq edilən "komfort", "elit" prinsiplər , zorla yemək seti təqdim etmək prinsipləri olmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31