Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçiriləcək. Tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunacaq.
"Yeni Sabah" xəbər verir ki, sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin, ümumilikdə 50-ə yaxın rəsmi nümayəndənin iştirakı gözlənilir. Hazırda müraciət prosesi davam edir.
Özbəkistandan gələn qonaqlar Azərbaycandakı ali məktəblərdə görüşlər keçirəcək, buradakı təhsil və elmi mühitlə tanış olacaqlar. pizza
Tədbirdə Azərbaycanın rəsmi şəxsləri, millət vəkilləri, elm-təhsil, ictimai-siyasi xadimlər, eləcə də QHT və media nümayəndələri iştirak edəcəklər. Sərgidə, həmçinin, iki mindən çox gəncin iştirak edəcəyi gözlənilir.
Crossmedia.az Analitik İnformasiya Portalı sərginin media tərəfdaşıdır.
Tədbir mayın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.
Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu. II sərgi isə bu ilin yanvar ayında keçirilib.
Telegram kanalımız