AZ

Pərviz Şahbazov: 2 giqavatlıq yaşıl enerji güclərinin sistemə inteqrasiyası illik təxminən 2,4 milyon ton emissiyanın azaldılması deməkdir

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanın 8 giqavat həcmində yaşıl enerji güclərinin yaradılması planları çərçivəsində 2 giqavatlıq stansiyaların enerji sisteminə inteqrasiyası gələn il tamamlanacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

Nazir diqqətə çatdırıb ki, yaxın perspektivdə bu inteqrasiya olunmuş enerji və bağlantı şəbəkələri şəhərlərin, sənayenin və iqtisadiyyatın daha sıx əlaqələnməsini təmin edəcək.

“Bu proses yalnız enerji istehsalının artımı deyil, həm də sənaye transformasiyası, illik təxminən 2,4 milyon ton emissiyanın azaldılması, “yaşıl urbanizasiya” və enerji balansının şaxələndirilməsi deməkdir”,- deyə nazir qeyd edib.

Müxbir - Vüsalə Səfərova, Aytən Abbaslı
Operator - Vüsal Tağıyev
Foto - İlkin Cavanşirov
Seçilən
14
1
azertag.az

2Mənbələr