AZ

Sahildə çılpaq gəzən qadını döydülər

Livanın paytaxtı Beyrutda sahildə baş verən hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Çılpaq halda sahildə gəzən qadınla yaxınlıqdakı bir kişi arasında yaranan mübahisə qısa zamanda fiziki qarşıdurmaya çevrilib.

Publika.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə mobil telefon kamerası ilə lentə alınıb.

Görüntülərdə kişinin qadının davranışına sərt reaksiya verdiyi, daha sonra isə ona fiziki müdaxilə etdiyi əks olunub.

Hadisə ətrafdakılar arasında narahatlıq yaradıb. Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər qısa müddətdə gündəmə çevrilib və müxtəlif reaksiyalar doğurub.

Bəzi istifadəçilər qadına qarşı zorakılığı kəskin şəkildə pisləyərək fiziki hücumun qəbuledilməz olduğunu bildiriblər. Digərləri isə ictimai yerlərdə sərgilənən davranışların cəmiyyətdə həssaslıq yaratdığını qeyd ediblər.

Seçilən
0
1
publika.az

2Mənbələr