AZ

Ədalətli oyun günündə qaliblər mükafatlandırıldı

Azərbaycan idmanında Dünya Ədalətli Oyun Günü münasibətilə Milli Olimpiya Komitəsində mükafatlandırma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbir MOK-un Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına əsasən elan etdiyi nominasiya qaliblərinin təltif olunmasına həsr edilib.

Mərasimdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahetdinova, Fərid Mansurov, Azərbaycanda Ədalətli Oyunlar Komissiyası sədri Xəzər İsayev, millət vəkilləri, Olimpiya mükafatçıları, tanınmış idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edən Çingiz Hüseynzadə Azərbaycanda Ədalətli Oyunlar Komissiyasının Avropada ilk yaradılan komissiyalardan biri olduğunu bildirib. O, qurumun 1998-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladıb.

Tədbirin sonunda “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyasında Hikmət Səmədov, “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyasında Lamiyə Vəliyeva, “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” nominasiyasında Cəbrayıl Həsənov, “Ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyasında Fuad Ağayev, “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı” nominasiyasında isə Sənan Şəfizadə mükafata layiq görülüblər.

Qaliblər MOK-un Ədalətli Oyunlar Komissiyası üzvlərinin rəyi, həmçinin MOK və idman federasiyalarının nümayəndələri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyənləşib.

Tədbirdə “Olimpiya dünyası” qəzetinə də 25 illik yubileyi və Ədalətli Oyunlar Hərəkatının təbliğindəki fəaliyyətinə görə xüsusi mükafat təqdim olunub.

Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"

“Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO

“Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib

Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”

“Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı

Seçilən
5
1
apasport.az

2Mənbələr