AZ

Rəşad Nəbiyev: Nəqliyyat dəhlizləri gələcək onilliklərdə insanların necə yaşayacaqlarını müəyyənləşdirir VİDEO

Bakı, 19 may, AZƏRTAC

Nəqliyyat dəhlizləri bizim üçün, sadəcə, xəritədə çəkilmiş xətlər deyil. Bu, insanların qarşıdakı onilliklərdə, hətta əsrlərdə necə yaşayacaqları ilə bağlı qərardır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev WUF13 çərçivəsində təşkil olunan “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün tikilən hər kilometr dəmir və avtomobil yolu gələcəyin necə formalaşacağı ilə bağlı seçimdir. Onun sözlərinə görə, bu seçimlər yalnız cəmiyyətlərin deyil, həm də iqtisadi fəaliyyətin və düşüncə tərzinin gələcəyini müəyyənləşdirir.

Seçilən
0
3
azertag.az

5Mənbələr