Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" tədbirində deyib.
O bildirib ki, 300-dən çox yaşayış məntəqəsi və kənd ciddi zərər görüb.
Onun sözlərinə görə, həmin ərazilər sıfırdan, hətta bəzən "mənfi"dən bərpa edilir:
"Çünki bu torpaqlar minalarla ciddi şəkildə çirkləndirilib. Təxminən 1,5 milyon mina və digər partlayıcı qurğuların mövcudluğu təhlükəsizliyi ciddi şəkildə risk altına alır.
2020-ci ildən sonra azad olunmuş ərazilərdə 400-dən çox mina hadisəsi baş verib. Azərbaycan kütləvi minatəmizləmə işləri həyata keçirir", - H.Hacıyev vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.