AZ

“AzərEnerji”: Müasir enerji sistemlərinin idarə olunması üçün qabaqcıl rəqəmsal həllərin tətbiqi əhəmiyyətlidir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 may, AZƏRTAC

Ənənəvi və bərpaolunan enerji mənbələrinin effektiv şəkildə birləşdirilməsi yalnız müasir rəqəmsal infrastruktur və kommunikasiya platformaları vasitəsilə mümkündür.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13 cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” tədbirində çıxışı zamanı “AzərEnerji” ASC-nin sədr müavini Rüstəm Qasımov deyib.

O bildirib ki, müasir enerji sistemlərinin idarə olunması üçün qabaqcıl rəqəmsal həllərin tətbiqi xüsusi əhəmiyyət daşıyır. R.Qasımov qeyd edib ki, hazırda dünyada enerji bazarında ən son modellərdən biri hesab olunan yeni nəsil idarəetmə və proqram təminatı sistemi Azərbaycanda da tətbiq edilir.

“Bu sistem təkcə elektrik şəbəkəsinin monitorinqi və idarə olunmasını təmin etmir, eyni zamanda, enerji şəbəkəsinin modelləşdirilməsi və rəqəmsal təhlili ilə bağlı 18 müxtəlif aləti özündə birləşdirir”, – deyə o vurğulayıb.

R.Qasımov qeyd edib ki, rəqəmsal idarəetmə platformaları enerji sisteminin dayanıqlığının və səmərəliliyinin artırılmasında mühüm rol oynayır.

Müxbir-Vüqar Qurbanoğlu

Fotoqraf-Azər İbrahimov

Operator-Şövqi Əzizov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr