AZ

ABŞ-da məscidə silahlı hücum edənlərin kimliyi bəlli oldu

Xəbər verdiyimiz kimi, ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində yerləşən məscidə silahlı hücum edilib və nəticədə 5 nəfər həlak olub. Artıq hücum edən şəxslərin kimliyi bəlli olub.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, hücumu törədən 17 və 18 yaşlı şəxslərin hadisə yerindən qaçdıqdan sonra intihar etdikləri məlum olub.

Həmçinin, hücum zamanı mühafizəçi Amin Abdullah da daxil olmaqla 3 nəfər həyatını itirib.

Polisin verdiyi məlumata görə, ilkin çağırışdan cəmi 4 dəqiqə sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib və məsciddəki şəxslər təxliyə olunub.

Seçilən
9
publika.az

1Mənbələr