AZ

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanın daşınmaz əmlak bazarına investisiya yatırmağı hədəfləyir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 19 may, AZƏRTAC

Biz 6-7 il qabaq Azərbaycanın daşınmaz əmlak bazarının ətraflı monitorinqini aparmışıq. Hazırda Azərbaycanın daşınmaz əmlak şirkətləri ilə əməkdaşlıqlar qurub, bu bazara investisiya yatırmağı hədəfləyirik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Səudiyyə Ərəbistanının "Sumou Global İnvestment" şirkətinin biznesin inkişafı üzrə baş mütəxəssisi Əhməd Xan Əlhəşimi deyib.

"Bu, mənim WUF tədbirlərində ilk iştirakımdır. WUF müasir şəhərsalmada müxtəlif həllər tapmaq, bu sahədə yeni tərəfdaşlıq əlaqələri qurmaq və maraqlı tərəfləri bir araya gətirmək üçün əlverişli platformadır”.

"İnanıram ki, WUF13 urbanizasiya sahəsində yaranan çağırışların həllinə mühüm töhfə verəcək. Bu tədbir bizə təcrübələri və bilikləri bölüşməyə imkan yaradır", - deyə baş mütəxəssis əlavə edib.

Fotoqraf - Əyyub Ələsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
azertag.az

2Mənbələr