Trabzon Şuşanın beynəlxalq səviyyədə qardaşlıq və əməkdaşlıq münasibətləri qurduğu 10-cu şəhər olub.
"Report" xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, bununla çox fəxr etdiyini bildirib və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etmək üçün gələn türkiyəli həmkarlarımıza təşəkkür edib.
Qeyd edib ki, sənəd forum çərçivəsində imzalanıb və bu hadisə həm Şuşa, həm də Trabzon üçün əlamətdar addım hesab olunur: "Belə bir şərait yaradaraq bu imzalama prosesini hər iki şəhər üçün xüsusi hadisəyə çevirdilər. Şəhərlər arasında münasibətlərin yalnız formal deyil, real əməkdaşlıq əsasında inkişaf etdirilməsi planlaşdırılır".
A.Kərimov qeyd edib ki, əlaqələr həm şəhərlər, həm də mədəniyyətlər arasında ənənəvi Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu çərçivəsində inkişaf edəcək: "Hər iki şəhərin bir-birindən öyrənəcəyi çox məqam var. Eyni zamanda birlikdə həyata keçirəcəyimiz çoxsaylı layihələr mövcuddur".
"Cebheinfo.az"