AZ

Türkmənistanla əməkdaşlıq məsələləri müzakirə olunub

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə Azərbaycan-Türkmənistan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Tərəflər investisiya, nəqliyyat-logistika və tranzit daşımaları sahələrində əməkdaşlığın müsbət nəticələrini vurğulayıblar.

Həmçinin ticarət, enerji və digər istiqamətlərdə qarşılıqlı fəaliyyətin təşviqi, regional iqtisadi əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinin hər iki ölkənin dayanıqlı inkişafına və regionda iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verəcəyini qeyd ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
5
xalqqazeti.az

10Mənbələr