AZ

Azərbaycanda azyaşlı anaların ən çox olduğu rayonlar

ain.az bildirir, Modern.az portalına istinadən.

2025-ci ildə Azərbaycanda 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 877 nəfər olub. Ən çox belə doğum Qarabağ və Mərkəzi Aran iqtisadi rayonlarında qeydə alınıb.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.

Hesabatda bildirilib ki, 2024-cü illə müqayisədə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 402 nəfər azalaraq 1279-dan 877-yə düşüb.

Məlumata əsasən, 2025-ci ildə ölkə üzrə 95875 doğulan uşaqdan 877-si 18 yaşadək qadınlar tərəfindən dünyaya gətirilib.

Statistikaya görə, ən yüksək göstərici Qarabağ iqtisadi rayonunda qeydə alınıb. Bölgədə 126 uşaq 18 yaşadək analar tərəfindən doğulub. Ağcabədi rayonunda 44, Bərdə rayonunda 40, Tərtər rayonunda isə 13 belə doğum qeydə alınıb.

Mərkəzi Aran iqtisadi rayonunda da eyni sayda - 126 erkən doğum faktı qeydə alınıb. Yevlax rayonunda 59, Ucar rayonunda 20, Kürdəmir rayonunda isə 18 belə hal olub.

Qazax-Tovuz iqtisadi rayonunda 113, Lənkəran-Astara iqtisadi rayonunda 92, Mil-Muğan iqtisadi rayonunda isə 88 erkən doğum qeydə alınıb.

Gəncə-Daşkəsən iqtisadi rayonunda 81, Dağlıq Şirvan iqtisadi rayonunda 53, Şirvan-Salyan iqtisadi rayonunda isə 47 doğum 18 yaşadək anaların payına düşüb.

Bakı şəhərində 18618 doğulan uşaqdan yalnız 41-i, Naxçıvan iqtisadi rayonunda isə 3437 doğumdan 24-ü 18 yaşadək analar tərəfindən qeydə alınıb.

Ən az göstərici isə Şərqi Zəngəzur iqtisadi rayonunda olub. Bölgədə 3378 doğumdan cəmi 13-ü 18 yaşadək anaların payına düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
modern.az

2Mənbələr