AZ

Azərbaycanın bərpa olunan enerji gücü 8 giqavat olacaq

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qarabağ Günəş Elektrik Stansiyası və Xızı-Abşeron Külək Elektrik Stansiyası kimi layihələr Azərbaycanın enerji balansında bərpa olunan enerjinin payını 7 faizdən təxminən 38 faizə çatdıracaq. 

Modern.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsidə keçirilən 

“D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" panel sessiyasında deyib. 

Milli koordinatorun sözlərinə görə, 2032-ci ilə qədər ölkənin ümumi bərpa olunan enerji gücünün 8 giqavata çatacağı gözlənilir. 

“Eyni dərəcədə vacib məsələ Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf prosesidir. Qarabağ və ətraf ərazilərin işğaldan azad edilməsindən sonra Azərbaycan uzun illər ərzində ciddi dağıntılara məruz qalmış bölgələrdə iddialı yenidənqurma prosesinə başlayıb. Şəhərlər və kəndlər, sosial infrastruktur, nəqliyyat şəbəkələri, enerji sistemləri və ictimai xidmətlər yenidən qurulur.

Məqsədimiz yalnız itirilmiş infrastrukturu bərpa etmək deyil, həm də “daha yaxşı yenidənqurma” prinsipi, milli iqlim öhdəlikləri və davamlı inkişaf məqsədləri əsasında postmünaqişə dövrü üçün yeni inkişaf modeli yaratmaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
modern.az

1Mənbələr